Biləsuvarda kişi yeznəsini əkin sahəsində öldürüb qulağını kəsdi

Biləsuvarda kişi güllələnib, qohumu saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov saxlanılıb.

“Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Əsgər Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırma aparılır”, - məlumatda qeyd edilib.

“Qafqazinfo”nun Ə.Abdullayev C.Həmidovun bacısının əridir. Onların arasında bir müddətdir əkin sahəsi ilə bağlı ədavət var imiş. Kənd sakinlərinin bildirdiyinə görə, Cavid Əsgəri öldürdükdən sonra qulağını kəsərək sahəyə atıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ