““TikTok”da fotomu görüb mənə yazdı” - Tovuzda itkin düşən qızın sevdiyi oğlan danışdı

Tovuzda itkin düşən 13 yaşlı qızın sevdiyi oğlan danışıb.

Cəlilabad sakini Azad Ağayev bildirib ki, Ə.Tağıyeva ilə “TikTok” platforması üzərindən tanış olub.

“İlk dəfə “TikTok”da fotomu görüb mənə yazdı. Daha sonra aramızda sevgi münasibəti yarandı. Dəfələrlə mənə deyirdi ki, bizə elçi göndər. Yaşı az olduğundan onun bu təklifini rədd etmişəm. Qızın qaçmağından xəbərim olmayıb. Mesajlarını sübut kimi saxlamışam”, - deyə Azad Ağayev qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ