Belqorodda döyüşlər: Ukrayna və Rusiya sərhədində nə baş verir? - video

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qrupu bölgənin bir hissəsi olan Qrayvoronski şəhər dairəsi ərazisinə daxil olduğunu” açıqlayıb.

“Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Sərhəd Xidməti, Rusiya Qvardiyası və Federal Təhlükəsizlik Xidməti ilə birlikdə düşməni məhv etmək üçün lazımi tədbirlər görür”, - Qladkov öz “Telegram” kanalında yazıb və daha sonra ətraflı məlumat verəcəyini vəd edib.

Bundan əvvəl, mayın 22-də Telegram kanalları “Ukrayna tanklarının Belqorod vilayətindəki Qrayvoron keçid məntəqəsinin ərazisinə daxil olmasının” videosunu dərc ediblər. 

“Rusiya Azadlığı” legionu - Ukrayna Silahlı Qüvvələrinin sıralarında rus könüllülərindən ibarət olduğu iddia edilən bölmə - “Rusiya Könüllülər Korpusu” ilə birlikdə “Belqorod vilayətinin Kozinkasını azad etdiklərini” və “ Qrayvorona daxil olduqlarını” bəyan ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ