"Orucluqda toy etmək olar": İlahiyyatçılar danışır

Azərbaycan müsəlman ölkəsi sayıldığından, ölkəmizdə də oruc tutanların sayı kifayət qədərdir.

Buta.media xəbər verir ki, Ramazanda ən çox müzakirə olunan mövzulardan biri də bu ayda toyun edilib-edilməsi ilə bağlıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Ramazan ayında toy etmək daha yaxşı olardı.

“İslam dünyasında toy ən gözəl adət hesab olunur. Təxminən 10-a qədər ərəb ölkəsində olmuşam. Olduğum yerlərin hər birində bildirirdilər ki, bütünlüklə orucluq ayı toy ayıdır. İftardan sonra toy edilməsi normal bir hadisədir. Ramazan ayı boyunca toy etmək olar və fikrimcə lazımdır”.

İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, Ramazan ayı boyunca toy etməmək məsələsi yalnız Azərbaycandadır.

“Ramazan ayı boyunca toy etmək dini cəhətdən günah deyil. Əksinə olaraq, bu ay ərzində toy etmək daha yaxşıdır. Sadəcə baxır toy necə təşkil olunur.İslama uyğun olaraq, içkisiz gözəl  toy təşkil etmək niyə də olmasın?! Yaxşı olardı ki, toy elə saatda təşkil edilsin ki, ortuc olanlar da iftarını toy məclisində açsın. İftardan öncə toya başlamaq da günah məsələ deyil”.

E.Miri qeyd edib ki, bu burbaşa insanların etik ədəb qaydalarına uyğunluğu ilə əlaqədardır.

“Çox təəssüf olsun ki, başqa ölkələrdən fərqli olaraq  Azərtbaycanda toy deyərkən ağıla yemək gəlir. Buna görə də Ramazan ayı boyunca ölkəmizdə toy mərasimləri adətən təşkil edilmir”.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Bu haqda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətvasında bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ