Türkiyənin Qaziantep şəhərinin hava limanında naməlum obyekt səbəbindən onlarla reysləri təxirə salıb.
Bu barədə Haberler saytı yazıb.
Qeyd olunur ki, obyekt iki sərnişin təyyarəsinin ekipajları tərəfindən 2,7 min metrdən yüksəklikdə görünüb. Obyektin aşkarlanması xəbərini aviadispetçerlər də təsdiqləyiblər. Bundan sonra uçuşların dayandırılması qərara alınıb.
Sayt yazır ki, Qaziantepə gedən bir sıra təyyarələr Adana və Şanlıurfaya enib.
Nəticədə Türkiyənin altıncı ən böyük şəhərində bir gecədə 26 reys təxirə salınıb. Yerli vaxtla saat 11:30-da hava hərəkətini bərpa etmək mümkün olub.