"Bu cür xəstəxanaların lisenziyası əllərindən alınmalıdır və birmənalı bağlanmalıdır. Adam öldürdüklərinə görə hələ bir 35 min manat pul da alırlar".
Buta.media axsam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elnarə Xəlilova yazıb.
Sənətçi Bakıda "Baku Medical Plaza"da səhv diaqnozla müalicə edilən və vəziyyəti pisləşən 40 yaşlı müəllimə haqda fikirlərini bildirib. Elnarə xəstəxanalarda insanların səhv müalicə edilməsini tənqid edib:
"Mənim bir rəfiqəmi də az qalmışdı bu klinikada öldürsünlər. O da ana olmağa gəlmişdi. Qanı 1 müsbət olana mənfi 4 qan qrupu çıxarmışdılar, Allahsızlar. Təsəvvür belə etmək istəmirəm, əgər ona orada qan vurulsaydı, nələr ola bilərdi.
Yazıqlar olsun! Ar olsun belə həkimlərə. Adamı şikəst eləməkləri azmış kimi, hələ bir pul da istəyirlər. Məhkəməyə verib 117 min almaq lazımdı bunlardan".
Qeyd edək ki, 40 yaşlı qadın ana olmaq üçün "Baku Medical Plaza"ya gedib. Onun uşağını dünyaya gətirdikdən 12 gün sonra halı pisləşib. Korbağırsağında problem olan qadına başqa diaqnoz qoyulub və müalicə aparılıb. Nəticədə onun durumu daha da pisləşib.