“Taliban”dan qaçan idmançı Bakıda keçirilən dünya çempionatına gedir - foto

21 yaşlı Marziya Hamidi Bakıda taekvondo üzrə dünya çempionatında (29 may - 4 iyun) çıxış edəcək Əfqanıstan idmançısıdır. Amma o, Əfqanıstanı deyil, qaçqın komandasını təmsil edəcək.

2021-ci ildə “Taliban”ın hakimiyyəti ələ keçirdiyi Əfqanıstanda Həmidinin sevimli idman növü ilə məşğul olmasının qarşısı alınıb.

“Taliban” Əfqanıstanda bir çox kişini qadınların çempion ola bilməyəcəyinə inandırıb”. - Məşqdə ayaqlarımı yuxarı qaldıranda dedilər ki, bakirəliyini itirmisən, sən pis qadınsan. Mənim üçün bu, zorakılıq idi”, - Britaniyanın “İndependent” qəzeti taekvondoçunun sözlərini sitat gətirib.

Hamidi bildirib ki, “Taliban” döyüşçüləri onların Kabildəki evini izləyirdilər.

“Mən əvvəllər belə kişi görməmişəm. Onlar uzun saqqallı və əllərində silah var idi. Taliblər hakimiyyəti ələ keçirəndən sonra mən daha küçədə tək qadın görmədim”, - idmançı deyir.

Hamidi 2021-ci ilin noyabrında Əfqanıstandan qaça bilib. Marziya və təxminən 3000 nəfər Fransa tərəfindən təxliyə edilib. O, Parisdə yaşayır və hazırda Bakıda keçiriləcək dünya çempionatına hazırlaşır.

Marziya Hamidi Dünya Taekvondo Federasiyasının prezidenti Çou Çunq-Vonla

Avropada Həmidi Əfqanıstandan daha yaxşı vəziyyətdə yaşayır.

“Əfqanıstanı dünya arenasında təmsil edə bilmədiyim üçün ürəyim parçalanır”, - deyə idmançı öz emosiyalarını bölüşür. - Bu məni çox incidir, çünki doğma komandamla dünya çempionatında iştirak etmək arzusunda idim. Amma mən bunu özüm, ölkəm, əfqan qadınları və eyni ölkədən olan, lakin hicab taxmadığım üçün məni dəstəkləməyən bəzi insanlar üçün döyüşmək şansı kimi qəbul etdim. Mən onları təmsil edəcəm”.

Həmidi 57 kq çəki dərəcəsində mübarizə aparacaq. Bakıda o, Əfqanıstan taekvondoçuları ilə ünsiyyət qura biləcək. Əfqanıstan millisi dünya çempionatında yalnız kişilərdən ibarət komanda ilə təmsil olunacaq.

“Əfqanıstanda yalnız oğlanların taekvondo ilə məşğul olmasına icazə verilir və yalnız onların Bakıya getməsinə icazə var”, - Marziya deyir. - Çempionata hazırlaşan oğlanları görəcəm. Nə qədər ki, “Taliban” Kabildə hakimiyyətdədir, qadınlar beynəlxalq yarışlarda iştirak etməyəcəklər.

Mənim üçün “Taliban” bir qrup terrorçudur. Onların üzündən həyata yenidən başlamalı oldum, ölkəmi tərk etməli oldum. Mən təkəm, mən də bir çox insanlar kimi evimi itirmişəm. İndi mən “Taliban”a göstərmək istəyirəm ki, qaçqınlar insanların düşündüyü qədər zəif deyillər. Əfqanıstan uğrunda döyüşəcəm, amma bunu öz yolumla edəcəm. Mən “Taliban”ın qurbanı olmayacam”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ