Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcək

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turunda dəstək əldə etmək üçün prezidentliyə namizəd Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini açıqlayıb.

O bu barədə CNN-ə müsahibəsində bildirib.

Dövlət başçısı millətinin güclü bir Türkiyə demokratiyası adına hərəkət edəcəyinə əmin olduğunu söyləyib.

“Mən bu şəkildə müzakirə etməyi sevən biri deyiləm”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.

Mayın 28-i ikinci tur baş tutacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ