Dolu düşəcəy, leysan olacaq - xəbərdarlıq

Mayın 19-u əsasən şimal və qərb rayonlarında, 20-si gündüzdən 22-dək isə əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında isə mayın 19-u gün ərzində və 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ