Bakı-Sumqayıt yolunda təhlükəli anlar - video

Bakı-Sumqayıt yolunda sürücü qaydaları pozaraq təhlükəli vəziyyət yaratdı.

Bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Belə ki, nəqliyyat vasitələrindən birinin videoqeydiyyatçısı tərəfindən qeydə alınan görüntülərdə, qarşıdan bir maşının hərəkətin əks istiqamətinə gəldiyi görünür.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib ki, sürücü avtomobili birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə sürməklə yol hərəkəti qaydalarını pozub.

“Bu səbəbdən sürücü Ekoloji Nəzarət Bölüyünün YPX əməkdaşları tərəfindən müəyyən edilib. “Mitsubishi Lancer” markalı 01-AD-045 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü, Abşeron rayon sakini Sübhan Nəsirov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4. maddəsi ilə protokol tərtib edilib. Sürücüyə 4 bal və 100 manat məbləğində cərimə tətbiq edilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ