Ukrayna artıq Böyük Britaniya tərəfindən ötürülən uzaq mənzilli “Storm Shadow” raketlərindən Rusiya hərbi hədəflərini vurmaq üçün istifadə etməyə başlayıb.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Qeyd edək ki, “Storm Shadow” Böyük Britaniya və Fransanın birgə hazırladığı və adətən havadan buraxılan uzun mənzilli qanadlı raketdir. Atış məsafəsi 250 km-dən çoxdur.