Soros ölüm xəbərini təkzib etdi

Amerikalı milyarder Corc Soros ölümü ilə bağlı yayılan xəbərləri təkzib edərək, bir sıra Amerika nəşrlərinin əvvəllər yazdığı kimi, infarkt keçirmədiyini deyib. Onun sözləri “Twitter”də dərc olunub.

“İnfarkt keçirməyimlə bağlı yayılan xəbərlər tamamilə yalandır. Mən sağam və salamatam”, - Soros yazıb.

Milyarderin ölümü ilə bağlı xəbərlərin təsdiqi yox idi, nə onun ailə üzvləri, nə də böyük nəşrlər belə açıqlamalar verməyiblər. İlk olaraq Cillianon ləqəbli “Twitter” istifadəçisi Sorosun ölümü barədə mayın 14-də yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ