Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində üç namizəddən ən az səs (5%-dən çox) toplayan üçüncü prezidentliyə namizəd Sinan Oğan ikinci turda Türkiyə müxalifətinin lideri Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini deyib.
Qeyd edək ki, Türkiyədə keçirilən prezident və parlament seçkilərində səsvermə qutularının 99,86%-i açılıb.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34% faiz səslə irəlidədir.
44,99% faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ikinci, 5,23% faiz səslə “Ata İttifaqı”nın namizədi Sinan Oğan isə üçüncüdür.
Prezidentliyə namizədlərdən heç biri 50% səs toplamasa, 28 mayda ikinci tur keçiriləcək.