Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.
BDYPİ-nin şöbə rəisi polis mayoru Rövşən Tağıyev bildirib ki, paytaxt sakini Vəfa Əliyeva ötən gün saat 18:00 radələrində idarə etdiyi “Hyundai” markalı avtomobillə Bakı-Qazax yolunun Nəvahi kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Qazax rayon sakini Əhliman Mustafayevin idarə etdiyi yük avtomobili ilə toqquşub.
Nəticədə sürücünün qızı - Bakı sakini, 2007-ci il təvəllüdlü Əliyeva Ayla Osman qızı hadisə yerində ölüb. Xəsarət alan V. Əliyeva Şirvan xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə sürücünün diqqətinin mobil telefona yönəlməsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.