Bu Rusiyanın növbəti təxribatıdır - Gürcüstan prezidenti Putinin qərarı haqda

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, Rusiya hakimiyyətinin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edən və ölkəyə birbaşa uçuşlara icazə verən qərarını qəbuledilməz hesab edir. Bu barədə Zurabişvili Twitterdə yazıb.

“Bu Rusiyanın növbəti təxribatıdır! Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirərək ərazimizi işğal etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir!”. - Gürcüstan prezidenti bildirib.

Mayın 10-da Rusiya prezidenti Vladimir Putin 2023-cü il mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi haqqında fərman imzalayıb. Putin başqa bir fərmanla 2019-cu ilin iyun ayından qüvvədə olan Rusiyadan Gürcüstana hava uçuşlarına qoyulan qadağanı ləğv edib. Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi Gürcüstana uçuşları bərpa etməyə hazırlaşdığını açıqlayıb. Gürcüstan hakimiyyəti hələ hava nəqliyyatının bərpasına razılıq verməyib.

Qeyd edək ki, Gürcüstan parlament respublikasıdır. Prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhduddur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ