Mayın 10-u saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Zöhrab Quləli oğlu Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü təslim olub.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Araşdırma aparılır.