Serbiyada atışmada səkkiz nəfər öldürülüb

Serbiyada Mladenovaç icmasında atışma baş verib, nəticədə səkkiz nəfər ölüb, 13 nəfər yaralanıb - yeddi nəfərin vəziyyəti ağırdır.

KİV-in məlumatına görə, mayın 5-nə keçən gecə 21 yaşlı yerli sakin atəş açıb. O, cinayət yerindən qaçıb. Onun axtarışına 600-dən çox hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub. Serbiyanın daxili işlər naziri Bratislav Qasiç hadisəni terror aktı kimi qiymətləndirib.

“Blic” nəşri yazır ki, münaqişə Dubona kəndindəki məktəbin həyətində başlayıb. Qəzet bildirir ki, həmin şəxs bir neçə nəfərlə mübahisə edib, bundan sonra evə gedib, avtomatla qayıdıb və atəş açmağa başlayıb. Daha sonra yaxınlıqdakı kəndlərdən birinə qaçıb. 

Xatırladaq ki, mayın 3-də Belqradın Vraçar rayonunda 7-ci sinif şagirdi məktəbdə atəş açaraq 9 nəfəri öldürüb. Mayın 5-dən 7-nə kimi Serbiyada üç günlük matəm elan edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ