Tovuz şəhərində qətl hadisəsi baş verib. 1952-ci il təvəllüdlü Tovuz şəhər sakini İntizar Bağırovanın aprelin 30-da yaşadığı evdə aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub.
Rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı evdə kirayə qalan 1990-cı il təvəllüdlü Aynaz Alıyevanın evdə yaranmış mübahisə zamanı ev sahibi İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxması, daha sonra isə taxta əşya ilə vurması nəticəsində 71 yaşlı qadının aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanıb. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev şübhəli şəxs qismində tutulub. İstintaq davam etdirilir.