Azərbaycanda yeni doğulan körpə öldü

Azərbaycanda uşaq ölümü baş verib.

Buta.media-nın məlumatına görə, Unikal.org xəbər verir ki, Ağdam rayonu, Baharlı kənd sakini, 1981-ci il təvəllüdlü Günel Cəfərova bir müddət əvvəl doğuşla bağlı Bərdə rayon doğum evinə daxil olub.

Qadın qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Körpənin səhhətində problemlər olduğu üçün dərhal Bakıya aparılıb. Müayinə zamanı körpənin ürəyinin klapanlarının üçünün işləmədiyi müəyyən edilib. Lakin həkimlər uşağı əməliyyat etməyib. Körpə bir neçə gün sonra dünyasını dəyişib.

Uşağın yaxınları bununla bağlı Ağdam rayon Prokurorluğuna şikayət ediblər. Onlar uşağı müayinə edən həkimin məsuliyyətə cəlb edilməsini istəyir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ