Bir neçə gündür Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunur. Artıq bəzi dağlıq və dağətəyi ərazilərə yağış və qar yağıb.
Şamaxının Çuxuryurd kəndinə də qar və dolu düşüb.
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 3-dək davam edəcəyini açıqlayıb.