Tərtərdə baş verən mina partlayışının təfərrüatı məlum olub - foto

Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisində aprelin 28-də insan itkisi ilə nəticələnən mina partlayışının bəzi məqamları məlum olub.

“Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.

“RPS Energy Ltd.” şirkətinin əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Avtomobil şahmat üsulu ilə basdırılmış minalardan birinin üstündən keçərkən partlayış baş verib.

Partlayan sursatın “TM62 PM” markalı tank əleyhinə mina olduğu ehtimal edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ