Sudan ordusu ölkənin bütün ərazisinə nəzarəti bərpa edib

Sudan Silahlı Qüvvələri hazırda Darfurun qərb bölgəsinin bir neçə ərazisi istisna olmaqla, ölkənin bütün ərazisinə nəzarəti bərpa edib.

Bu barədə Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan bildirib.

Əl-Burhan deyib ki, ordu Darfurun bir neçə bölgəsi istisna olmaqla, bütün Sudana nəzarət edir.

Ordu komandanı Çevik Reaksiya Qüvvələrinin (xüsusi təyinatlılar) rəhbəri Muhammed Hamdan Daqalo (Hamidti) ilə danışıqların mümkünlüyünü rədd edib. Onun sözlərinə görə, Daqalo üsyana rəhbərlik edir və məsuliyyətə cəlb edilməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ