22 yaşlı müəllim şagirdi tərəfindən şantaj edilib?

Siyəzəndə 22 yaşlı müəllim şagirdi tərəfindən şantaj olunduğunu iddia edib.

"Qafqazinfo" xəbər verir ki, rayonun məktəblərindən birində qadın müəllim polisə müraciət edərək dərs dediyi 11-ci sinif şagirdi tərəfindən şantaj olunduğunu bildirib. Müəllim şikayətində qeyd edib ki, şagird onu şəkillərini yayacağı ilə hədələyərək pulunu alıb.

Gənc müəllimin şantajdan sonra intihara cəhd etdiyi, ailə üzvlərinin müdaxiləsi nəticəsində cəhdin qarşısının alındığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məsələ ilə bağlı araşdırma aparıldığını bildirib: "Siyəzən Rayon Polis Şöbəsinə sözügedən motivdə müraciət daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmaların yekununda məsələyə hüquqi qiymət veriləcək".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ