Bakıda keçirilən Formula 1 yarışlarının ilk sərbəst yürüşündə “AlphaTauri-Honda” komandasının pilotu Yuki Tsunoda üçün yaxşı başlamayıb.
Onun bolidinin bir təkəri sıradan çıxıb. Nəticədə Tsunoda mübarizəni dayandırmalı olub.
Həmçinin “Alpin” komandasının pilotu Pyer Qaslinin bolidi yanıb. O, boliddən təxliyə edilib.