Tərtərdə çoban qətlə yetirildi

Bu gün saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndində qətl törədilib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, kənd ərazisində Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlunun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

İlkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan və çoban kimi fəaliyyət göstərən şəxs ov tüfəngi ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində  tədbirlər görülür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ