“Yolüstü” qrupunun admini qəzada öldü

“Faceboook” sosial şəbəkəsində insanların yol yoldaşı axtardığı “Yolüstü” qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol qəzasında vəfat edib.

C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ