Əfsanəvi argentinalı futbolçu Xavyer Zanetti Azərbaycana səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə sabiq müdafiəçi instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.
Hazırda İtaliyanın “İnter” klubunun vitse-prezidenti vəzifəsini yerinə yetirən 50 yaşlı mütəxəssis paylaşımında səfərdə məqsədinin Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək olduğunu yazıb.
Qeyd edək ki, Xavyer Zanetti 1995-2014-cü illərdə “İnter”in şərəfini qoruyub.