Türkiyədə güclü yağış və dolu nəticəsində Adana şəhərinin küçələrini su basıb.
Bu barədə Türkiyə mətbuatı yazır və görüntüləri paylaşır.
Şəhərin mərkəzi rayonlarında bir çox küçə və prospektləri su altında qalıb.
Xilasedicilər avtomobillərdə qalan insanları çıxarmağa çalışırlar. Təbiət hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.