Azərbaycan millisinin futbolçusu Mahir Emreli icarə əsasında çıxış etdiyi Türkiyə “Konyaspor” klubunda ilk qolunu vurub.
26 yaşlı hücumçu Superliqanın XXX turunda evdə “Adana Demirspor”a qarşı oyunda fərqlənib.
41-ci dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib - 1:1.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsusdur.