Azərbaycan güləşçisi Avropa çempionu oldu

Xorvatiyada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycana ilk qızılı Əliabbas Rzazadə (57 kq) gətirib.

O, finalda türkiyəli idmançı Süleyman Atlıya heç bir şans buraxmayıb - 12:2.

Əliabbas ötən il Avropa çempionatının gümüş mükafatçısı olub. O, həmçinin 23 yaşadək idmançılar arasında 2021-ci ilin dünya çempionudur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ