Tərtərdə 43 yaşlı kişi minaya düşüb

Tərtərdə 43 yaşlı kişi minaya düşərək xəsarət alıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, aprelin 18-də Tərtər rayonunun Borsunlu kənd sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxsləq olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ