Azərbaycanda iki toyda qan su yerinə axdı: Bəy də dalaşdı

Göygöl rayonunda keçirilən toy mərasimində dava olub.

Buta.media "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Balçılı kəndi ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Şadlıq sarayının ayrı-ayrı zallarında keçirilən iki toy mərasiminin qonaqları arasında mübahisə yaranıb. Mübahisə sonda toyu olan bəylərdən birinin də qatıldığı əlbəyaxa dava ilə nəticələnib.

Hadisə zamanı xəsarət alanların olduğu və mübahisəyə qatılan bəyin maşınının (gəlin maşınının-red) şüşəsinin sındırıldığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ