Azərbaycan millisi Ermənistan ərazisini tərk edib

Ağır atletika üzrə Avropa çempionatı üçün İrəvana yollanan Azərbaycan nümayəndə heyəti Ermənistan ərazisini tərk edib.

Haqqin.az-ın əldə etdiyi məlumata görə, komanda avtobusla Gürcüstana gedib və artıq Ermənistan-Gürcüstan sərhədini keçib.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanın idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onların mehmanxanadan buraxılmadığını bildirib.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ