Azərbaycanda daha iki nəfəri it dişlədi

Şəki rayonunda 2 nəfəri it dişləyib.

Buta.media "Report"-a istinadən xəbər verir ki, ilk hadisə Daşbulaq kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Beydulla Şahməmməd oğlu Məmmədovu yaşadığı evin həyətində it dişləyib.

Digər hadisə isə rayonun Turan qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Elxan Rəfael oğlu Balaşovqəsəbə ərazisində bir neçə küçə itinin hücumuna məruz qalıb.

Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

62 yaşlı Beydulla Məmmədova sol bazunun və sağ baldırın, 22 yaşlı Elxan Balaşova isə sağ budun, sağ baldırın və sol budun it dişləməsi diaqnozu qoyulub və onlara peyvənd vurulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ