Ermənistan da itkilərinin olduğunu açıqladı

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

“Sputnik Ermənistan”ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, erməni tərəfdə də ölən və yaralananlar var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ