“Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir” - Füzulidə nə inşa ediləcək?

Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaradılacaq.

Bu təşəbbüslə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə bu təşəbbüsə görə həmkarına təşəkkürünü bildirib: “Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ