İrandan Azərbaycana gələnlərin sayı azalıb

Ötən ay Azərbaycana 136 505 nəfər gəlib.

Dövlət Turizm Agentliyinin məlumatına əsasən, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çox olub. Belə ki, ötən ilin martında ölkəyə 95 844 nəfər səfər edib. Bu ilin üç ayı ərzində isə ölkəyə gələnlərin sayı 369 072 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (246 277 nəfər) 50 faiz çox olub.

Ötən ay gəlmə sayına görə Rusiya (43 966), Türkiyə (30 396), İran (12 123), Gürcüstan (7476) və Hindistan (6766) ilk beşlikdə yer alıb. Keçən ilin ilk üç ayı ilə müqayisədə bu ilin müvafiq dövründə İrandan gələnlərin sayında 6 faiz azalma qeydə alınıb.
Gəlmə sayına görə 2022-ci illə müqayisədə ən çox artım Şimal-Şərqi Asiya (233%), Cənubi Asiya (228%), Mərkəzi Asiya (212%) və Cənub-Şərqi Asiya (183%) regionunun payına düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ