Türkmənistan prezidenti imicini dəyişdi - VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ictimaiyyət qarşısına yeni obrazda çıxıb.

Buta.media Virtualaz.org-a istinadən xəbər verir ki, o, aprelin 25-də hökumət müşavirəsinə gözlərində optik eynəklə gəlib.

Bu da xəbər verilir ki, bunun ardınca ölkənin bütün dövlət mediası prezidentin gözlərində eynək olan şəkillərini dərc edib.

“Türkmənistan” və “Neytral Türkmənistan” qəzetlərinin 26 aprel sayındakı portretlərində prezidentin eynəyinin sağanağının qızıldan olduğu diqqəti cəlb edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ