Azərbaycanlı tələbə Türkiyədə dünyasını dəyişdi - FOTO

Bu gün səhər saatlarında Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinin tələbəsi, 18 yaşlı Məhəmməd Zahid oğlu Qurbanov bir müddət əvvəl ağır vəziyyətdə yerləşdirildiyi Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasının hospitalında dünyasını dəyişib.

Buta.media xəbər verir ki, Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, ötən ilin sentyabr ayında Məhəmməd Qurbanovda qəfil ağırlaşmış leykoz xəstəliyi aşkar olumuşdu. 

Həkim konsilumunun gəldiyi nəticəyə görə, Məhəmmədin müalicəsinin yalnız Türkiyədə mümkün olduğu bildirilmişdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın köməkliyi ilə ağır xəstəliyə düçar olmuş tələbə ötən ilin noyabr ayında Gülhanə Hərbi Tibb Akademiyasının hospitalına yerləşdirilmişdi.

Məhəmmədin atası Zahid Məmmədov polkovnik-leytenant rütbəsində hərbçidir. Məhəmməd hazırda Salyan rayonunda yaşayan 73 yaşlı babasının adını daşıyırdı. Mərhumun valideynlərinin müşayəti ilə cənazənin yaxın saatlarda Bakıya gətiriləcəyi deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ