“Formula 1”ə görə qapalı olan İçərişəhərdə qadını doğuş sancısı tutub

“Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov bildirib ki, dünən yarışlar keçirildiyi vaxt İçərişəhərdə hamilə qadını doğuş sancısı tutub.

Buta.media-nın məlumatına görə, Bu barədə “Sovetski sport” nəşrinə müsahibəsində Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov danışıb.

“Formula 1”in Bakı trası İçərişəhəri hər tərəfdən əhatə etdiyi üçün şəhərin qədim hissəsinə giriş-çıxış qapalıdır. Lakin A.Rəhimovun sözlərinə görə, təcili yardım maşını gələrək qadını götürə bilib.

“Hər şey yaxşı qurtardı. Təcili yardım rahat gəldi. Qadın xəstəxanaya çatdırılıb və əkiz övladları dünyaya gəlib”, - promouter deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ