“Qarabağ” və “Qalatasaray” arasında Bakıda keçirilən xeyriyyə matçından əldə olunan vəsaiti bəlli olub.
Görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib.
Məbləğ Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış “Qarabağ” - “Qalatasaray” matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.