Həbsdə olan meyxanaçı Rəşad Dağlının ailəsi müraciət yayıb.
“Qafqazinfo” xəbər verir ki, onlar adlarından TikTok-da pul yığıldığını bildirib:
“Xahiş edirəm, diqqətli olun. İstəmirik kimisə aldatsınlar, adımızdan pul yığsınlar”.
Bildirilib ki, sözügedən profildə canlı yayım zamanı onlara aid olan videolar göstərilir.
Xatırladaq ki, R. Dağlı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşüb. Rəşad İskəndəri öz maşını ilə götürüb Lökbatan dairəsi yaxınlığına aparıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra aşağı atıb və polis bölməsinə gedərək təslim olub.
Qeyd edək ki, hadisə baş verən zaman İ. Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. Digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan Mehtiyev daha əvvəllər də narkotik ticarətinə görə həbs həyatı yaşayıb.