Donald Tramp polisə təslim olub

ABŞ-ın sabiq prezidenti Donald Tramp aprelin 4-də Manhetten Dairə Prokurorluğunun ofisinə gəlib. Hazırda o rəsmi cinayət ittihamı ilə həbsdədir.

Bu barədə CNN məlumat yayıb.

Tezliklə sabiq prezidentin barmaq izinin alınacağı, bundan sonra məhkəmə zalına aparılacağı gözlənilir. Kanal qeyd edir ki, çox güman ki, Tramp hüquq-mühafizə orqanlarının daimi mühafizəsi altında qalacağı üçün həbs edildikdən sonra onun əlləri qandallanmayacaq.

Amerika mətbuatının yazdığına görə, keçmiş prezident biznes sənədlərinin saxtalaşdırılması ilə bağlı üçdən çox ittihamla üzləşə bilər.

Məlumdur ki, ittihamlardan biri 2016-cı il seçkiləri öncəsi Trampla cinsi əlaqəsi haqqında məlumatı açıqlamamağa razılaşan porno aktrisa Stormi Danielsə (əsl adı – Stefani Kliffords) 130 min dollar ödəməsi ilə bağlıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ