Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
“MOUZE” teleqram kanalının məlumatına görə, İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb.
Onlar - Müsəlman Birliyi Hərəkatının üzvü Fədail Şükürov, Şəmkir sakinləri - Yavər İsmayılzadə, Anar Şöhləyev, Kərbəlayi Vüsal və Kərbəlayi İlyasdır.
Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.