İranda hicabsız qadınların başına yoqurt tökdülər və həbs etdilər - video

İranda ictimai yerdə saçlarını örtməkdən imtina edən iki qadının üzərinə yoqurt tökülüb, sonra isə qadınlar həbs edilib.

Sosial şəbəkələrdə yayılan videoda bir kişinin mağazada iki alıcıya yaxınlaşaraq onlarla söhbət etdiyini görmək olar. Kişi sonradan rəfdən yoqurt götürüb qadınların başlarına tökür.

İran məhkəməsi qadınların hicab geyinmə qaydalarını pozduqları üçün saxlandığını bildirib. Kişi isə asayişi pozduğu üçün həbs edilib.

Həbslər İranın ədliyyə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejeinin başı açıq şəkildə ictimaiyyətə çıxan qadınları “amansızcasına” təqib edəcəyi ilə hədələməsindən sonra baş verib.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, mağazanın sahibi qadınların başına yoqurt tökən şəxsə hücum hücum etdiyinə görə dükan bağlanıb. Yerli media onun məhkəmədə “izah verməli” olduğunu yazıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ