"Formula"da çıxış edəcək cazibədar ifaçı kababımıza heyran oldu - VİDEO

Bu gün Bakıda keçirilən “Formula 1” Qran-Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək müğənni Kardi Bi artıq Bakıdadır. 

Buta.media-nın məlumatına görə, amerikalı hip-hop ifaçısı "Fairmont" otelinin ən dəbdəbəli otaqların birində yerləşib.

Kardi Bi sosial şəbəkələrdə paylaşım edərək Bakını çox gözəl şəhər adlandırıb. Xanım ifacı Azərbaycan milli mətbəxini də dadıb. O, yerli kababın dadından heyran olduğunu bildirib.

Amerikalı hip-hop ifaçısı axşam saatlarında Crystall Hall-ın səhnəsində çıxış edəcək. 

Qeyd edək ki, Kardi tarixdə ilk qadın reperdir ki, “Grammy”də “Ən yaxşı repçi albomu” nominasiyası üzrə qalib gəlib.

Onun səsləndirdiyi musiqi parçalar xüsusi ilə gənclər arasında çox sevilir və bəyənilir. Kardi Binin konsertində iştirak etmək istəyirsinizsə biletləri şəhərimizin kassalarında əldə edə bilərsiniz. 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ