“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan və Ermənistan arasında yeni toqquşmaların mümkünlüyünü etiraf edib.
Beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hesabatında deyilir ki, ötən ilin əvvəlindən vəziyyətin pisləşməsi riski ilə toqquşmalar ola bilər.
“Son bir ildə Ermənistanla münasibətlərdə gərginlik artıb. Azərbaycanın Rusiya ilə münasibətləri daha gərgin görünür, Aİ isə Ermənistanda məhdud müşahidəçi rolunu öz üzərinə götürüb”, - agentlik qeyd edir.
Eyni zamanda ekspertlər etiraf edirlər ki, Bakı və İrəvan sülh razılaşması əldə edə bilərlər.