Ali Məhkəmənin yeni sədri İnam Kərimov ola bilər

Aprelin 4-də deputatlar kənd təsərrüfatı naziri İnam Kərimovun hakimliyə, daha sonra isə Azərbaycan Ali Məhkəməsinin sədri vəzifəsinə namizədliyini müzakirə edəcəklər.

Bu barədə Haqqin.az məlumat yayıb.

Konstitusiyaya görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin edilir.

Məlum olduğu kimi, Ali Məhkəmənin hazırkı sədri Ramiz Rzayevin səlahiyyətləri mart ayında başa çatıb.

İ.Kərimov kənd təsərrüfatı naziri təyin olunana qədər “ASAN xidmət”ə rəhbərlik edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ