“Mənə zəng edən kimi əri öldürdü” - Günay 8 aylıq hamilə imiş...

Ötən gün Bərdədə qətlə yetirilən 36 yaşlı Günay Ələkbərovanın 8 aylıq hamilə olduğu məlum olub.

Mərhumun anası Xəzər TV-yə bildirib ki, qızı onu öldürməkdə şübhəli bilinən 39 yaşlı Şirxan İmanovla qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb:

“Ona dedim ki, “gəl səni qaçırdım”. Dedi ki, “yox, səni də öldürər”. Həmin gecə mənə zəng etdi. Dedi ki “Mama, gəlməsən başqa iş olacaq. Mama, özünü mənə çatdır...” Soruşdum “Hardasan? Hara gəlim?” Elə orada da vurdu. Neçə bıçaq vurduğunu bilmirəm. Qızım 8 aylıq hamilə idi. 9-10 ay idi ki, birlikdə yaşayırdılar”. 

Qeyd edək ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ