Moskva ilə İrəvan Roma Statutu müzakirə edir

“Yüksək səviyyəli təmaslar zamanı Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarı müzakirə mövzusudur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “News.Ru”nun jurnalistinin sualını cavablandırarkən deyib.

“Bu mövzu həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə mövzusudur. Bu təmasların təfərrüatlarını açıqlamağı lazım görmürəm”, - o vurğulayıb.

M.Zaxarova bu məsələnin qarşılıqlı anlaşma əsasında həllini tapacağına güman etdiyini deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ